`Sədərək` Yusif Mingəçeviri SATIN ALIB? - İSTƏDİYİNİ EDİR...
Məlumdur ki, cənab Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün mühüm proqramlar hazırlanıb.
Bəllidir ki, faydalı qazıntı yataqları, neft, qaz zaman keçdikcə tükənir. Bu hər yerdə belədir. Ona görə də dövlətin gələcəyi üçün mütləq digər sektorlar da inkişaf etdirilməlidir.
Azərbaycanda tarixən aqrar sahə ənənəvi olub. Və son illər bu sahəyə, pambıqçılığa, üzümçülüyə, tütünçülüyə, baramaçılığa önəm verilir.
Digər tərəfdən dünyada ən gəlirli sahələrdən biri də turizmdir.
Bir çox dövlətlər il ərzində turizm biznesindən milyardlarla gəlir götürür.
Çox təəssüf ki, hətta yaxın qonşularımızla müqayisədə turizm biznesi bizdə zəif inkişaf edib.
Çox şükür ki, yenə də cənab Ptezidentin təşəbbüsü ilə bu sahədə son illər xeyli irəliləyiş var.
Birincisi, turizmin inkişafı üçün mütləq infrastuktur sahələr inkişaf etməli, rahat yollar salınmalı, otellər tikilməli, servis mədəniyyəti inkişaf etməlidir.
Bütün bunlardan sonra ölkəmizə turist axını ola bilər.
Maşallah, ölkəmizin dilbər guşələri, görməli, istirahət etməli yerləri kifayət qədərdir. Amma…
Əmması odur ki, turist pul xərcləyirsə, yüksək, keyfiyyətli xidmət tələb edəcək, əgər bu olmasa, o turisti bir də ölkəmizdə görə bilmərik.
Məlumdur ki, əhali sayına görə Azərbaycanın dördüncü böyük şəhəri hesab olunan Mingəçevir Kür çayının sahilində yerləşir. Elə şəhərin gəzməli, görməli yeri də məhz bu sahildir. Mingəçevirə gələn qonaqlar, turistlər mütləq Kürün sahilində salınmış parka baş çəkir. Son illər sahildə tikilən otel, kafe və restoranların hər nə qədər istirahət imkanlarının artmasına səbəb olduğu deyilsə də, yerli sakinlərin əksəriyyəti bu vəziyyətdən narazıdır. Səbəb də bu tikililərin çayın içərisinə doğru getməsi, çayın görünüşünün qarşısının alınmasıdır.
Təsəvvür edirsiniz, Kür çayının üzərində tikilən restoranlar, kafelər öz tullantlarını kür çayına buraxır.
Bu hələ harasıdır..?
Kür çayının üzərindəki restoranların tualetləri Kür çayına ifrazat, nəcis axıdır.
Birincisi və ən dəhşətlisi odur ki, Kür çayının suyu bir çox rayonların sakinləri üçün içməli su mənbəyidir.
Biz nə üçün vətəndaşlarımıza nəcis iyi verən su içirtməliyik..?
Yaxud bu iyrənc mənzərəni görən turist bir də Mingəçevirə, ümumiyyətlə, ölkəmizə gələrmi..?
Ümumiyyətlə, bu mənzərəni görən əcnəbilər millətimiz barədə nə düşünər..?
Bəs, televizora çıxan kimi ANA TƏBİƏT deyib, coşursunuz, şeir qondarır, mahnı oxuyursunuz.
Adam olan kəs ANASINI bu günə qoyarmı..?
Ümumiyyətlə, Mingəçevirdə Kürün ətrafı və üstü bəzi məmurlar tərəfindən zəbt, daha doğrusu işğal olunub.
Çayın üzərində müxtəlif adla “Liman” kafesi, “İnci” restoranı və daha nələr fəaliyyət göstərir.
Kürün bir sahilində “Ağsaray” oteli gecə-gündüz işləyir, çirkab sular Kürə axıdılır.
Biz otelin-filanın əleyhinə deyilik. Əksinə yuxarıda qeyd etdiyimiz kimi otellər olmalıdır ki, turist cəlb edə biləsən. Amma otelin normal kanalizasiya sistemi olmalıdır.
Yeri gəlmişkən, Kürün üzərindəki və ətrafındakı obyektlərin çoxunun iş adamı, “Sədərək Yusif” kimi tanınan şəxsə, “Deka” şirkətinə” məxsus olduğu deyilir.
Və bütün bu obyektlərin tikintisinə, Mingəçevir icra hakimiyyəti, Ekologiya Nazirliyi icazə verib.
Təsəvvür edirsiniz, elə ərazilər zəbt olunub ki, birbaşa mühafizə zolağına aiddir.
Heydər Əliyev adına parkın xeyli hissəsi zəbt olunub və ora giriş pulludur.
Yerli sakinlər də buna etiraz edirlər. Amma onların etirazını eşidən yoxdur.
Sakinlər iş adamı Yusif müəllimdən çox şikayət edirlər. Və deyirlər ki, Yusif müəllim deyib ki, camaatın acığına Kürün üstündə ikimərtəbəli şadlıq sarayı tikəcəm.
Bəli, gəlib-gedən icra başçıları Yusif müəllimin pulunu alıb qeyri-qanuni sərəncamlar verirlər.
Sakinlər isə, dövlət qurumlarına, Ekologiya naziri Muxtar Babayevə və başqa instansiyalara şikayət ərizələri yazmaqda davam edirlər.
Biz də bir media olaraq ekonazirdən soruşuruq ki, hara baxırsan, Muxtar Babayev, Mingəçevirdə Kür çayı üfunət iyi verir... //gundelik-baku.com//
 
 
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti